Fransada ötən ay illik inflyasiya səviyyəsi 1,8% təşkil edib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin statistika idarəsi məlumat yayıb.
Bildirilib ki, bazar gözləntiləri 1,9% olub. İnflyasiya iyul ayında 2,3% təşkil edib.
İnflyasiyanın azalmasına səbəb isə enerji qiymətlərinin ucuzlaşması olub.
Gözəl Həşimova