EN

95 illik cəhənnəm rekordu: Dünyanın "yandığı" gün

2021- ci ilin 12 iyulunda Amerikalı alimlər Ölüm Vadisində 54.4 ° C istilik rekordu qeydə aldılar. Ölkənin ən isti, ən quru yeri olan və dəniz səviyyəsindən ən aşağıda yerləşən Kaliforniyanın Ölüm Vadisində istilik 54.4 ° C-yə çatmışdı.

Baxmayaraq ki, 1913-cü il iyulun 10-da Ölüm Vadisində qeydə alınan 56,7 ° C dərəcə isti Şimasli Amerikada rekord sayılırdı, amma  Ərəbistan çöllərində bu rekordu keçən bölgələr olmuşdu.

Yeri gəlmişkən, Ölüm dərəsi - ABŞ-nin Kaliforniya ştatında səhra. Şimali Amerikada dəniz səviyyəsindən ən aşağı (-86 m) olan yer hesab olunur. Həmçinin, ən quraq və ən yüksək hava temperaturunun qeydə alındığı yerdir (56.7 °C). Sahəsi 7.800 km2-dir. Böyük, hamar, heç bir həyat şərtləri olmayan gilli yayla şəklindədir.

Adalet.az xəbər verir ki, 1922-ci ilin bu günü - sentyabrın 13-də Liviyanın Əl-Əziziyə şəhərində qeydə alınan 57,8° dərəcə isti rekord göstərici hesab olunub. Bölgə 90 il boyunca dünyanın ən isti bölgəsi sayılıb.

Lakin 2012-ci ildə həmin göstərici Dünya Meteorologiya Təşkilatı tərəfindən ləğv edilib. Buna səbəb ondan da yüksək hərarətin müşahidə olunduğu bölgələrin mövcudluğu olub.

2017-cildən dünyanın ən isti bölgəsi hazırda İran yaylasındakı Lut səhrası hesab olunur. Ön Asiyanın ən böyük və ən geniş yaylasında yerləşən həmin duzlu səhraya “boşluq çölü” də deyilir. 2004-2007-ci və 2009-cu illərdə Yer kürəsində ən isti temperatur burada qeydə alınıb. 2005-ci ildə müşahidə olunan 70,7° C temperatur isə yeni rekordu müəyyənləşdirib və planetin ən isti bölgəsi kimi təsdiq edilib. Canlıların yaşamadığı səhrada havanın orta illik temperatur göstəricisi 49,6° C, yay fəslində isə 58,3° C-yə bərabərdir.


Bundan əlavə, Tailandın paytaxtı Banqkok da dünyanın ən isti bölgələri sırasındadır. Havanın orta illik temperaturunun 27,7° C olduğu həmin şəhərdə yüksək hərarət dekabrın sonu, hətta yanvarın əvvəllərinə qədər davam edir. Banqkok Dünya Meteorologiya Təşkilatı tərəfindən planetin ən isti şəhəri seçilib. Buna səbəb isə isti havanın uzun müddət davam etməsi və hətta gecələr belə temperaturun çətinliklə aşağı düşməsidir.

Qeyd edək ki, Kuber-Pedi Avstraliyada ən kiçik yaşayış məntəqəsidir. İnsanların yer altında yaşamasına məcbur edən amillər güclü külək və yüksək temperatur olmuşdu. İnsanların sadəcə başqa çıxış yolları yox idi. Hazırda insanlar həmin mədənlərdə deyil, bütün müasir şəraitin olduğu adi evlərdə yaşayırlar. Yeraltı şəhər çoxsaylı turist cəlb edir. Burada nəinki yaşayış evləri, həmçinin kilsə və qəbirstanlıq da var.

 Əntiqə Rəşid

Chosen
165
adalet.az

1Sources