Əməkdar artist Lalə Məmmədova toyda fiziki şiddətə məruz qalan Kərim Abasova dəstək olub.
OLAY yazır ki, bununla bağlı o, Kərimin səhifəsində şərh yazıb.
“Fonaqramı qonşumuz, xalamız qızı, əmimiz nəvəsi oxumayıb ki? Öz səsimiz, öz nəfəsimizdir! Belə mədəniyyətsizlik, tərbiyəsizlik hamımızın başına gələ bilər. Gücləri sənətçiyə çatır. Həyat bumeranqdı, nə ediriksə, həyat hamısını qarşımıza çıxarır. Sən zəhmətinlə qazanan oğulsan, Kərim. Hamımız bunu bilirik, sənin yanındayıq”, - deyə, vurğulayıb.
Qeyd edək ki, Kərim bir neçə gün öncə toyların birində fonaqram oxuduğu üçün döyülüb.