Ukrayna və Rusiya tanklardan istifadədə daha qənaətcil olublar, çünki onlar ucuz dronlarla vurula bilirlər.
Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşr bildirir ki, pilotsuz təyyarələr Ukraynaya təhvil verilən 31 Amerika Abramından 6-nı, Alman Leopardlarının 18 yeni modelindən 12-ni məhv edib və ya zədələyib.
İndi onlar daha diqqətlə istifadə olunur. Çünki döyüş meydanında dronlardan gizlənmək demək olar ki, mümkün deyil.
Beləliklə, bir vaxtlar müharibələrin “padşahları” arxa plana keçib və tərəflər onlar üçün yeni istifadə yolları axtarırlar. İndi tanklar daha çox gizli şəkildə atəş açır və sonra sürətlə geri çəkilirlər.
Hər iki tərəf öz tanklarını metal qəfəslərlə dronlardan qoruyur.