EN

Kriştiano Ronaldo uşaqlıq kumirlərindən danışıb

Ulduz portuqaliyalı hücumçu Kriştiano Ronaldo uşaqlıq kumirlərindən danışıb.

 90deqiqe.Az xəbər verir ki,  39 yaşlı forvard "Sport Bible"a verdiyi açıqlamada braziliyalı futbolçular Ronaldo və Ronaldinyonun uşaqlıqda oyunlarını izlədiyini bildirib.

Portuqaliyalı qeyd edib ki, müqayisələri sevmir, çünki o, bu futbolçuların miraslarını futbola qoyub getdiyini söyləməyə üstünlük verir.

“Əslində, mən onlardan daha çox kubok qazandım, lakin onlar Dünya Kubokunu qazandılar. Bu oyunçulara heyranam. Hansı daha yaxşıdır? Bu o qədər də vacib deyil"

Xatırladaq ki, Kriştiano Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunda klub səviyyəsində çıxış edir. Ronaldo əvvəllər "Mançester Yunayted", "Yuventus", "Real Madrid" və "Sportinq"də çıxış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
45
90deqiqe.az

1Sources