“Napoli”nin “Qalatasaray”a icarəyə verdiyi Viktor Osumhen Parisə köçməyəcək. PSJ nigeriyalı hücumçunu transfer etməkdə maraqlı deyil.
Futbolinfo.az xəbər verir ki, bu barədə Fransa çempionunun direktoru Luis Kampos danışıb: “Osimhen maraqlandığımız futbolçulardan bir olub. Amma bu hücumçu üçün İtaliya klubuna heç vaxt dəvət göndərməmişik”.
Kampos “Sportitalia”ya açıqlamasında komandadakı hücumçulara güvəndiklərini bildirib: “Qonsalo Ramos, Kolo Muani və Marko Asensiodan çox məmnunuq”.