EN

Sudanda vəbadan ölənlərin sayı 296-ya yüksəli

Sudan Səhiyyə Nazirliyi ölkədə vəba epidemiyasında həyatını itirənlərin sayının 296-yə çatdığını bildirib.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, nazirliyin açıqlamasında ölkədə 8 ştatda yayılan epidemiyaya yoluxma hallarının ümumi sayının 7 mini ötdüyü bildirilib.
 
Qeyd edək ki, Sudanda iyun ayından bəri höküm sürən güclü yağıntılar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub.
 
Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirib.
 
Cəmalə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
21
azxeber.com

1Sources