EN

Vyetnamda qasırğa qurbanlarının sayı 233 nəfərə çatıb

Vyetnamda

Bakı, 13 sentyabr, AZƏRTAC

Vyetnamın şimalını vuran "Yagi" qasırğası nəticəsində ölənlərin sayı 233 nəfərə çatıb, yüzdən çox insan isə itkin düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə VnExpress internet nəşri cümə günü məlumat yayıb. Nəşrin məlumatına görə, xilasedicilər itkin düşmüş hesab olunan 123 nəfəri sağ-salamat tapıblar. Hazırda daha 103 sakinin axtarışı davam etdirilir.

Tayfun nəticəsində 800-dən çox insanın zərər çəkdiyi bildirilir. Bu arada "Yagi" qasırğasının səbəb olduğu leysan yağışlar Myanmada 17, Tailandda isə 9 nəfər həyatına son qoyub.

Qasırğa Vyetnamı sentyabrın 7-də vurub və ölkənin şimalında güclü daşqınlara, eləcə də torpaq sürüşmələrinə səbəb olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
azertag.az

1Sources