EN

Karyerasını başa vuran sabiq milli üzvünün yeni iş yeri məlum oldu

"Kəpəz" kapitan Vurğun Hüseynovla yolları ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli müdafiəçi ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.

Hüseynov 2023-cü ildən "Kəpəz"də çıxış edir.

Futbolçu karyerasını başa vuran Hüseynovun artıq yeni iş yeri də bizə məlumdur.

Məşqçilik həyatını seçən veteran müdafiəçi sabiq komandası "Sumqayıt"a qayıdıb.

Sumqayıt Futbol Akademiyasında çalışacaq Vurğun U-15 komandasında köməkçi məşqçi olacaq.

Hazırda bu yaş qrupunu bir başqa veteran futbolçumuz Ruslan Poladov çalışdırır.

XANOĞLAN/SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
21
sportinfo.az

1Sources