EN

Çin ilə Gürcüstan arasında Azərbaycandan keçən dəhlizlə bağlı razılaşma

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Gürcüstan ilə Çin arasında Orta dəhlizin inkişafı barəsində müqavilə imzalanıb.

Sənədi Gürcüstanın hazırda Pekində səfərdə olan iqtisadiyyat naziri Levan Davitaşvili ilə Çinin İnkişaf və İnslahatlar Milli Komissiyasının sədri Çao Çensin imzalayıblar.

Davitaşvili deyib: "Bu sənəd bizə Çin ilə daha sıx ticari-iqtisadi əlaqələr qurmaq, əlavə investisiyalar cəlb etmək və Gürcüstan məhsullarının Çinə ixracını artıqmaq imkanları verir.Biz bu dəhlizə daha çox yük cəlb eləməklə Gürcüstanın regional qovşaq kimi əhəmiyyətini artıra biləcəyik".

Orta dəhliz Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir parçasıdır.

Hürr Tərcüman

Chosen
152
hurriyyet.az

1Sources