İspaniya La Liqasında mövsümün startından indiyədək 45 zədə qeydə alınıb.
Msport.az xəbər verir ki, 4 tur ərzində ən çox “Real Sosyedad”ın oyunçulrı zədələnib.
San Sebastian klubunun oyunçuları 8 dəfə bu halla üzləşib. İkinci yeri 6 oyunçusu sıradan çıxaran “Real” tutur. Üçüncü göstərici “Vilyarreal”dadı – 4 zədəli. “Barselona” da daxil olmaqla 6 klubun 3 zədəlisi var.
Qeyd edək ki, ilk 4 turda maksimum xal (12) toplayan “Barselona” turnir cədvəlinə başçılıq edir.