Xəbər verdiyimiz kimi, Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinə start verilib.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə "Formula 2" pilotu qəza törədib.
"Formula 2" komandalarının sərbəst yürüşü zamanı "MP Motorsport" komandasının pilotu Oliver Götenin idarə etdiyi bolid səddə çırpılıb.
Nəticədə qırmızı bayraq qaldırılıb. Avtomobil trasdan çıxarılıb.
Qeyd edək ki, yarışın ilk günündə "Formula 1" və "Formula 2" komandalarının sərbəst yürüşləri və sıralama turu keçiriləcək.
Təmsilçimiz Astanada bürünc medal qazanıb
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçiriləcək
Lamiyə Vəliyeva: "Bunu sözlərlə ifadə etmək mümkün deyil"
Azərbaycan paralimpiyaçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər
Formula 1 Azərbaycan Qran-Prisinin bütün biletləri satılıb