EN

Çindən PwC-yə 6 aylıq əməliyyat qadağası

Çin Maliyyə Nazirliyi tikinti nəhəngi China Evergrande-nin maliyyə yoxlamalarında qanun pozuntularına yol verdiyini əsas gətirərək PwC-nin Çindəki bölməsini 6 aylıq fəaliyyətini dayandırıb və cərimələyib. Şirkət 297 milyon yuan cərimə ilə üzləşib, Evergrandedən 27,7 milyon yuan gəliri isə müsadirə edilib.

Çin Maliyyə Nazirliyi PricewaterhouseCoopers (PwC) beynəlxalq maliyyə audit firmasının Çin bölməsinə qarşı ciddi sanksiyalar tətbiq etmək qərarına gəlib.

PwC iflas prosesində olan China Evergrande Group-da apardığı yoxlamalardakı pozuntulara görə 6 ay müddətinə fəaliyyətini dayandırmağa məhkum edilib. Eyni zamanda, PwC 297 milyon yuan (təxminən 40,7 milyon dollar) məbləğində cərimələnib.

Çinin dövlət mediasında yer alan xəbərlərdə, Evergrande qalmaqalında PwC-nin rolunun əhəmiyyəti vurğulanıb.

Maliyyə Nazirliyindən verilən açıqlamada, PwC-nin Çindəki audit bölməsinin tikinti nəhəngi Evergrande-nin maliyyə problemlərini ört-basdır etməyə çalışdığı və prosesdə audit prosedurlarını pozduğu bildirilib.

Çin Qiymətli Kağızları Tənzimləmə Komissiyasına (CSRC) görə, PwC 78 milyard dollarlıq fırıldaq qalmaqalında iştirak edən Evergrande-dən 27,7 milyon yuan gəliri müsadirə ilə üzləşib.

Nazirlik PwC-nin Evergrande-nin maliyyə vəziyyəti ilə qəsdən manipulyasiya etdiyini və natamam auditlər apardığını bəyan edib.

PwC Evergrande-nin maliyyə hesabatlarını yoxlayan firma kimi diqqət mərkəzinə düşdü və iddia edilən qanunsuzluqlara görə nəzarət altına alındı.

Chosen
143
kommersant.az

1Sources