EN

“Qəbələ”dən üz döndərdi, Türkiyənin aşağı liqasına gedir

Məlum olduğu kimi, “Qəbələ” ötən mövsüm elitanı tərk etəndən sonra bir neçə futbolçusunu itirdi.

Klubdan ayrılanlar arasında millimizin qapıçısı Rəşad Əzizli də vardı. 1-ci liqada mübarizə aparmaq istəmədiyini bildirərək “qırmızı-qaralar”la yolları ayıran futbolçu hələ də işsizdi. 30 yaşlı qapıçıya Türkiyə klublarından təklif var. Belə ki, qardaş ölkənin 1-ci və 2-ci liqa təmsilçilərindən ikisi Rəşada təklif göndərib. Lakin qapıçı puldan məmnun deyil. Bəs Əzizlinin fikri nədi?

“Football-plus.az”a açıqlama verən millimizin qapıçısı transfer barədə bu sözləri dedi:

“Bəli, hələ ki xəbər gözləyirəm. 1-ci liqa barədə düşünmürəm. Ya xaric, ya da premyer-liqa klublarından biri olacaq. Bir-iki variant var, görək necə olacaq. Danışıqlar aparırıq. Bu arada Kamran Ağayevlə fərdi məşqlər edirik”.

RÖYANƏ OĞUZ
Chosen
181
football-plus.az

1Sources