EN

"Bütün “Qarabağ”dakı qardaşlarımla keçirdiyim vaxta görə şükürlər olsun"

“Qarabağ”dan ayrılaraq “Konyaspor”la müqavilə imzalayan Hamidu Keyta instaqram hesabında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, fransalı vinger Ağdam klubundan ayrılması barədə yazıb.

O, hamıya uğurlar arzulayıb və “Konyaspor”la bağlı paylaşımında isə “irəli” şərhini yazıb:

“Təşəkkürlər, “Qarabağ”. Təşəkkürlər bütün azarkeşlər.

Çox sağol, Azərbaycan. Mən daim öyrənirəm.

Bütün “Qarabağ”dakı qardaşlarımla keçirdiyim vaxta görə şükürlər olsun. Onlara təşəkkür edirəm”.

Keyta ötən mövsümün əvvəlində “Zirə”dən “Qarabağ”a keçmişdi.

Chosen
202
sportinfo.az

1Sources