EN

Azərbaycanın tanınmış futbolçusu karyerasını başa vurdu

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan millisinin sabiq üzvü Vurğun Hüseynov karyerasını başa vurub.

Hafta.az xəbər verir ki, bu barədə 36 yaşlı müdafiəçinin özü məlumat verib.

O, məşqçiliyə başlamaq fikrində olduğunu bildirib. V.Hüseynovun son klubu "Kəpəz" olub. Klub bu gün onunla yolları ayıdığını açıqlayıb. Klub xidmətlərinə görə Vurğun Hüseynova təşəkkür edib, gələcək həyatında ona uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan millisində 15 oyun keçirən və 1 qol vuran Hüseynov "Turan Tovuz", "Qəbələ" və "Sumqayıt"da da çıxış edib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
7
hafta.az

8Sources