EN

Baxçalının ölüm xəbəri yayıldı

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının həyatını itirməsi ilə bağlı yayılan xəbərlər ictimaiyyətin hiddətinə səbəb olub.

News24.az Publika.az-a istinadla xəbər verir ki, qısa müddətdə təkzib edilən xəbərin ardından MHP açıqlama yayıb.

MHP sədrinin müavini İsmayıl Özdəmir Baxçalı ilə bağlı sosial mediada aparılan dezinformasiyaların aşkarlandığını və lazımi məlumatların Daxili İşlər Nazirliyinə təqdim edildiyini bildirib.

Polis idarəsi dezinformasiya yaradan və yayan sosial media hesablarına qarşı dərhal müvafiq araşdırmalara başladığını açıqlayıb.


Chosen
70
1
news24.az

2Sources