EN

General Sadiq Abduyev rəisi olduğu qurumu məhkəməyə verdi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, iddiaçı sözgedən qurumun keçmiş rəisi general Sadiq Abduyevdir.

İşin mahiyyəti əmək məsələləri ilə bağlı mübahisələrdən ibarətdir.

Sadiq Abduyevin iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. Ləman Musayeva iş üzrə hakim təyin edilib.

Sadiq Abduyev 2018-ci ildə ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncama götürülüb.

Chosen
30
15
yenigundem.az

10Sources