EN

Qardaş tələbə bacısını boğub öldürərkən anlaqsız vəziyyətdə olub

Qardaş tələbə bacısını boğub öldürərkən anlaqsız vəziyyətdə olubPaytaxtın Sulutəpə qəsəbəsində bacısını boğaraq qətlə yetirən Həsən Kərimovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin hadisəni törədərkən anlaqsız vəziyyətdə olması ilə bağlı ekspertizanın rəyi açıqlanıb.

Rəyə görə, Həsən Məmmədov həqiqətən də bacısını boğarkən mübahisənin fonunda yaranmış psixi pozuntudan anlaqsız vəziyyətə düşərək hadisəni törədib. Dövlət ittihamçısı isə təqsirləndirilən şəxs barədə iki dəfə verilmiş ekspertiza rəyi arasında ziddiyyət olduğundan onun təkrar kompleks komission stasionar psixiatrik-psixoloji ekspertizasından keçirilməsinə görə vəsatət qaldırıb. Müdafiə tərəfi vəsatətin təmin olunmamasını istəsə də, qısa müşavirədən sonra prokurorun vəsatəti təmin olunub.

Qeyd edək ki, hadisə 2023-cü il oktyabrın 12-də saat 23 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib. 2003-cü il təvəllüdlü İlahə Kərimovanın ölməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 2004-cü il təvəllüdlü Həsən Kərimovun Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində aralarında yaranmış mübahisə zamanı bacısı İlahə Kərimovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Həsən Kərimov şübhəli şəxs qismində tutulub.

Xatırladaq ki, İlahə Kərimova Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsi olub. O, kollecin Peşə təlimi şöbəsinin Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi ixtisası üzrə təhsil alıb.

Chosen
125
7
sonxeber.az

8Sources