EN

Rafael Nadal Almaniyadakı turnirdə iştirak etməyəcək

İspaniyalı məşhur tennisçi Rafael Nadal Leyver Kubokunda iştirakdan imtina edib.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

38 yaşlı raketka ustası Avropa yığmasının heyətində çıxış etməli idi. Onu əvəz edəcək oyunçunun adı daha sonra açıqlanacaq.

Qeyd edək ki, Leyver Kuboku sentyabrın 20-dən 22-dək Almaniyanın paytaxı Berlində keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
3
cbcsport.az

4Sources