EN

Balığın köhnə olduğunu necə bilməli? -  Canan Karatay açıqlayır

Balığın Balığın köhnə olduğunu necə bilməli? -

Müxtəlif sağlam qidalanma tövsiyələri ilə tanınan Prof. Dr. Canan Karatay balığın bayat olub-olmadığını müəyyən edə biləcəyiniz üsulu paylaşıb.

Balıqları su ilə doldurulmuş bir qaba yerləşdirmək, onun köhnə olub-olmadığını müəyyən etməyin ən asan yollarından biridir. Əgər su ilə dolu qaba qoyduğunuz balıq suyun üzərində qalırsa, bu, balığın bayat olduğunun göstəricisi hesab olunur.

Bundan başqa:

Gözlərdən başlayın. Çünki ilk ipucunu gözlər verir. Gözlər canlı və şəffaf olmalıdır. Öz canlılığını itirməməlidir.

Təzə balığın əti bərkdir.

Qarın boşluğunda şişlik yoxdur.

Dərisi və pulcuqları parlaqdır. Asanlıqla qopmur.

Təzə balıqların qəlpələri qırmızı və nəmdir.

Təzə balığın dəniz qoxusu var. Ağzı ümumiyyətlə bağlı olmalıdır. (Medicina.az)

E-saglam.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
27
5
e-saglam.az

10Sources