EN

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - günün ilk yarısında yaranan müəyyən anlaşılmazlıqlara rəğmən uğurlu gündür. Nailiyyətlər əldə edəcəksiniz. Enerjili, çevik olun. Həyata keçirilməyə layiq bir neçə ideya var. Dostlar da maraqlı təkliflərlə çıxış edəcəklər.

Buğa - yetərincə sakit gündür. Son həftələrdə reallaşdırmağa çalışdığınız planları həyata keçirə bilərsiniz. Dostlar və yaxınlarınıza yardım üçün müraciət edə bilərsiniz. Çətinliklə qarşılaşdığınızı görən kimi onlar sizə dəstək olacaq, kömək edəcəklər. Xoş xəbərlər alacaqsınız. Gəlirlər istisna deyil.

Əkizlər - mürəkkəb gündür. Əhəmiyyətli olay baş verməyəcək. Yeni təəssüratlara və pozitiv emosiyalara ehtiyacınız var. Qıcıqlanmayın, yaxın ətrafınızdakı insanlarla sərt danışmayın. Düşünülməmiş addımlar atmayın. Qəti qərar qəbul etməzdən əvvəl yaxşıca düşünün, daşının.

Xərçəng - günün ilk yarısı pis keçməyəcək. Qeyri-adi, gözlənilməz və ya xoşagəlməz heç bir hadisə baş verməyəcək. Yaxınlarınızın yardımlarınıza və emosional dəstəyinizə ehtiyacı var. Onlarla danışıqlardan, təmaslardan boyun qaçırmayın. Sizin üçün xoş olmayan mövzu müzakirə olunsa da, söhbətdən yayınmayın.

Şir - əlverişli və münasib gündür. Nəzərdə tutduğunuz işlər, hətta ən cəsarətli planlarınızı həyata keçirə bilərsiniz. Kənar yardımlara ehtiyac duyulmur. Tamamilə yeni işə başlamaq olar. İnformasiyanın minimum həddə olması sizi narhat etməməlidir.

Qız - ehtiyatlı və sayıq olun. Günün ilk yarısında münaqişə, gərginlik istisna deyil. Birmənalı olmayan zamandır. Dəyər verdiyiniz insanlarla münaqişə etməyin. Münasibətləri korlamayın. Yaxın ətrafınızdakı insanların könlünü qırmayın.

Tərəzi - narahat, təbəddülatlı, amma maraqlı gündür. Rəğbət bəsəldiyiniz insanla münasibətlərinizdə səmimiyyəti artıra bilərsiniz. Yaranmış problemin həllinə yaradıcı yanaşın. Səhər saatlarında işlər yaxşı olsa da, sonradan axar dəyişir.

Əqrəb - Yalnız qaçılmaz zərurət yarananda borc götürün. Qəflətən sərtləşən məişət problemləri işdə müəyyən məsələnin həllinə mane olacaq. Sakit gündür. Enerjiniz çoxdur. Səylərinizi effektiv səmtə yönəldin. Günü bütünlüklə başqalarının problemlərinə həsr etmək yanlışlıq olardı. Belə davranış mütləq şəkildə inciklik və anlaşılmazlıqlara səbəb olacaq.

Günün ikinci yarısında yaxınlarınızın sizdən təvəqqe etdiyi işi yerinə yetirməklə yardımları sonuclandırın. Sentimental olmayın. Əks təqdirdə sevdiyiniz insanı təəccübləndirə bilərsiniz.
 

Oxatan - Qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın. Ağır və məşəqqətli iş perspektivi varsa belə, geri çəkilməyin. Ruhdan düşməyin.

Oğlaq - səhər saatlarında yaranan çətinliklərin öhdəsindən sürətlə gəlin. Problemləri tez çözün. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Pis gün deyil. Bir zamanlar dəyər verdiyiniz və ya rəğbət bəslədiyiniz insanla qəfil görüş ola bilər.

Dolça - günün ilk yarısından etibarən işlər pis alınmayacaq. Əsas məsələ odur ki, emosional fon stabil olmayanda münaqişə yaratmayın. Qıcıqlı davranmayın. Qohumlarınız və ya ailə üzvlərinizdən biri barədə xəbər sizi sevindirəcək.

Balıqlar - insanlara həddən artıq inanmayın. Fırıldaqçılar və saxtakarlar etimadınızdan sui-istifadə etməyə çalışacaqlar. Sevdiyiniz insanla bağlı şübhələr yarana bilər. Həmin şübhələrin nə dərəcədə əsaslı olduğu bir qədər sonra bilinəcək. Ona görə özünüzə və dəyər verdiyiniz insana əzab verməyin.

Milli.Az

Chosen
118
mia.az

1Sources