Rumıniyalı məşqçi Mirça Luçesku yenidən əməliyyat olunacaq .
Publika.az xəbər verir ki, 79 yaşlı mütəxəssis sağ omba nahiyəsində problem yaranıb. Rumıniya mətbuatının yazdığına görə, Mirçanın sol bud nahiyəsində olduğu kimi koksartroz var.
Əməliyyat oktyabrda Kiyevdə keçiriləcək. Luçesku 2023-cü ilin mayında Ukrayna paytaxtında sol ombasını narahat edən koksartroz səbəbindən uğurla əməliyyat olunub .
O, sentyabrda yenidən əməliyyat olunmaq istəyib. Lakin Rumıniya millisinə baş məşqçi təyin olunduğu üçün bu proses təxirə salıb. Millətlər Liqasının oktyabr matçlarından sonra Mirça bıçaq altına düşəcək.