EN

“Murdar ətlər şadlıq evlərinə, uşaq bağçalarına, dönərxanalara...” - ŞOK AÇIQLAMA

“20 ildən çoxdur ki, Azad İstehlakçılar Birliyi xəstəlikdən ölmüş, murdar olmuş heyvan ətlərinin, eləcə də at və eşşək ətinin regionlardan şəhərə daşınmasını təqib edir. İllərdir ki, biz bununla mübarizə aparırıq. Bu sahədə ən uğurlu işi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi görür. Onlar vaxtaşırı ekspertizalar keçirir, bunu edənləri ifşa edirlər. Nədənsə Azərbaycan Məhkəmələri çox qısa müddətdən sonra Daxili İşlər Nazirliyinin əhəmiyyətli işini yerə vurur və həmin insanları yenidən azadlığa buraxırlar. Biz bu vəziyyətlə qətiyyən razılaşmırıq!”

Publika.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov deyib.

Bakıya gətirilən at, eşşək və leş heyvan ətləri barədə danışan ekspert uzun illərdir ki, bunun qarşısını birdəfəlik almağın mümkün olmadığını qeyd edib: socar vakansiya

“20 ildən çoxdur ki biz bu halın kökünü kəsə bilmirik. İllər öncə bir fermer mənə yığıb dedi ki, Eyyub müəllim, inəklərimdən biri xəstəlikdən öldü, mən inəyi aparıb uzaq qamışlığa atdım ki, xəstə heyvanı fermanın itləri tapıb yeməsin, amma leş yığanlar gəlib murdar olmuş heyvanı tapıblar dərisini soyurlar, aparacaqlar, nə edim?

Biz həmin vaxt polis qarşısında məsələ qaldırdıq, həmin adamları elə yerindəcə yaxaladılar. Bunu mənə deyən adamın sonda yanıbalalı inək almasına nail olduq. Bu, çox uğurlu iş idi. Bu cür hallar bu gün də davam edir.

Bu gün ölkədə heç bir ətin satışına qadağa yoxdur. Sadəcə bir şərt var ki, satdığın ətin hansı heyvana aid olduğunu qeyd etməli, istehlakçını aldatmamalısan.

Bu isə düşünürəm ki, səhv mövqedir. Qida Təhlükəsizliyi Agentliyi, Nazirlər Kabineti bir siyahı dərc etməli və qeyd etməlidir ki, hansı heyvanların ətinin satılması qadağandır”.

O, aidiyyəti qurumların bəzi heyvan ətlərinin satışına qadağa qoymalı olduğunu bildirib:

Chosen
71
16
publika.az

10Sources