EN

General və sabiq idarə rəisləri yenidən hakim qarşısında - "Nəcməddin Sadıqovun  800 min manat pulu..."

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Mia.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri bir sıra vəsatətlər verib.

“Onlar Vüsaldan 179 min manat pul tələb ediblər. Vüsal da onlara 180 min manat pul verib. Mənimsəmə faktı ilə bağlı istintaq 2017-ci ildən aparılır, lakin ondan əvvəlki dövrlərin də pullarını təftişçilər həmin vaxt müvəkkilimdən tələb ediblər. Xahiş edirəm, müxtəlif epizodlar üzrə müvafiq olaraq 180 və 335 min manat pul Vüsal Əlizadənin üzərinə düşən məbləğdən çıxarılsın”, - vəkil bildirib. Məhkəmə hazırkı mərhələdə bu vəsatəti də təmin etməyib.

“Rəfail Xələfov özündən kiçik vəzifəlilərə bir söz, böyüklərə isə başqa söz deyib. Ortada mübahisəli məsələlər, həmçinin yeni suallar var. Biz bununla bağlı əvvəl də vəsatət vermişdik, lakin məhkəmə onun təqsirləndirilən şəxs olduğunu əsas gətirərək, hüquqlarının olduğunu bildirimişdi. Bəs, buradakı təqsirləndirilənlərin hüquqları necə olsun? Burada təqsirləndirilən şəxs qismində əyləşən şəxslərlə onun arasında ziddiyyətli məsələlər var. Rəfail Xələfov yenidən prosesdə dindirilməlidir ki, həmin məsələlər üzə çıxsın. İş üzrə dindirilməsi zəruri olan şəxslərdən biri də Rövşən Əliyevdir ki, o da rəhmətə gedib. Xahiş edirəm məhkəmə Xələfovun dindirilməsini təmin etsin”, - vəkil deyib.

“O, deyib ki, həmin pulun 19 milyon 600 min manatını Nəcməddin Sadıqova verib, 400 min manatı isə özünə qalıb. Həmçinin sabiq idarə rəisi Nəcməddin Sadıqovun ona 800 min manat pulu Nizami Məmmədova çatdırmaq üçün verdiyini bildirib. Məlikməmməd Qurbanov bir ifadəsində pulu özünün çatdırdığını, digərində isə vasitəçi ilə göndərdiyini deyib. Bu inandırıcı deyil”, - müdafiəçi bildirib.

Chosen
126
31
mia.az

10Sources