EN

Rafinya hamını QABAQLADI

La Liqada avqust ayının ən yaxşı oyunçusu məlum olub.

Bizim.Media qurumun saytına istinadən xəbər verir ki, bu ada "Barselona"nın vingeri Rafinya layiq görülüb. 

Ötən ay 27 yaşlı futbolçu İspaniya çempionatında 4 oyun keçirib, 3 qol vurub və 3 qolun ötürməsini verib.

Qeyd edək ki, 2022-ci ilin yayında "Barselona"ya transfer olan Rafinya sonra ilk dəfə İspaniya La Liqasında ayın futbolçusu seçilib.

Bizim.Media

Chosen
3
3
bizim.media

10Sources