Almaniyanın Bavariya şəhərindəki "Neu-Ulmdakı Schlössle-Bier" pivə zavodu dekabrın sonunda istehsalı dayandıracaq. Pivə zavodunun rəhbəri Krista Zoller bildirib ki, onun şirkəti sənaye nəhəngləri ilə rəqabət apara bilmir.
Qaynarinfo xəbər verir ki, zavodun yaranması 1690-cı ilə, Baden-Vürtemberq sərhəddindəki bir mehmanxanaya ilk dəfə öz pivəsini hazırlamağa icazə verildiyi vaxta təsadüf edir. Tezliklə pivə zavodu çiçəklənib və ildə 150 min litrə qədər pivə şüşəsi doldurub. Lakin onun saxlanması indi rentabelsiz hala düşüb.
"Pivə istehlakı azalır, lakin xammal və enerji qiymətləri artır. Pivə zavodu artıq 10 ildir ki, bizə zərər verir", deyə Zoller bildirib.
Hazırda "Schlössle-Bier" pivə zavodunda istehsalı 100 min litrə yaxındır. Bu, 2018-ci illə müqayisədə 1/3 azdır.
"Qiymət demək olar ki, iki dəfə baha olmalıdır, onda biz pulu yenidən yeni avadanlıqlara xərcləyə bilərik. Amma indi bazarda bu mümkün deyil. Bürokratiya da həyatımızı çətinləşdirir. Belə şəraitdə hər bir sahibkar öz biznesini davam etdirmək istəyib-istəmədiyini düşünür", deyə Zoller əlavə edib.