“Ukrayna müharibənin dondurulması ilə bağlı istənilən plana qarşı çıxır”.
Turkustan.az xəbər verir ki, bunu Ukrayna prezidentinin müşaviri Dmitri Litvin deyib.
“Minsk-3 və ya digər istənilən formatı rusiyalılara heç kim hədiyyə etməyəcək. Ukrayna müharibənin istənilən dondurulmasına qarşıdır. Bizim üçün vacib odur ki, ABŞ müharibənin dondurulması və ya kapitulyasiyanı yox, Ukraynanın qələbə planını dəstəkləsin” – o bildirib.
Bundan öncə “Bild” qəzeti yazıb ki, Zelenski tezliklə ABŞ-a səfər edib, orada öz planını təqdim edəcək. Qəzet Zelenskinin planında Rusiya ilə bir sıra istiqamətlərdə atəşkəsin əldə edilməsi barədə bəndin olduğunu bildirib./Globalinfo.az