EN

24 saylı Nizami seçki dairəsinin 5 məntəqəsinin nəticələri ləğv edilib

Yazını böyüt
Yazını kiçilt

Mərkəzi Seçki Komissiyası (MSK) 24 saylı Nizami seçki dairəsinin 5 məntəqəsinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib. Bununla da 24 saylı Nizami seçki dairəsindən qeydə alınmış namizəd Ülviyyə Şükürovanın müraciəti qismən təmin edilib.

Hafta.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 15-də keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib.

A.Muxtarova bildirib ki, namizəd səsvermə günü məntəqələrdə səslərin hesablanmasının düzgün aparılmadığını, seçicilərin seçki hüququnu həyata keçirməsinə zidd halların baş verdiyini iddia edib. Onun müraciəti öncə dairə seçki komissiyası tərəfindən araşdırılıb və əsassız hesab edilib. Qərardan narazı qalan ərizəçi MSK-ya şikayət bildirərək, müvafiq protokol və sənədlər təqdim edib.

"Səsvermə günü sosial şəbəkələrdə yayılan görüntülər və digər materialların araşdırılması zamanı seçkilərin nəticələrinə təsir edəcək qanun pozuntuları aşkarlanıb. Buna görə də dairənin 4, 6, 28, 31, 33 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız hesab edilib", - deyə MSK katibi vurğulayıb.

Chosen
169
44
hafta.az

10Sources