EN

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı

Ötən gün Göyçay şəhərində intihar hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, 37 yaşlı Pünhan Hacıyevin meyiti səhər saatlarında asılı vəziyyətdə yaşadığı evin qonşuluğunda ailəsinə məxsus digər evdə tapılıb.

Mərhumun son zamanlar mərc oyunları oynadığı və xeyli borcunun yarandığı bildirilib. İntiharın da bu səbəbdən baş verməsi ehtimal edilir.

O, Milli Aviasiya Akademiyasının Hüquq fakültəsini bitirib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

İntihar edən 37 yaşlı şəxsin fotosunu təqdim edirik:

Chosen
123
14
editor.az

10Sources