EN

ABŞ Türkiyənin BRICS-ə qoşulmaq niyyətinə münasibət bildirib

"Türkiyənin BRICS-ə qoşulmaq niyyəti onun daxili işidir".
 
Oxu.Az "Hurriet Daily News"a istinadən xəbər verir ki, bunu ABŞ səfirliyinin rəhbərinin müavini Maykl Qoldman deyib.
 
"Türkiyə suveren və müstəqil dövlətdir. Biz NATO-nun güclü tərəfdaşı kimi Türkiyə ilə ikitərəfli müdafiə əlaqələrimizə güvənirik", - diplomat bildirib.
 
Xatırladaq ki, sentyabrın 2-də Türkiyə BRICS dövlətlərarası birliyə üzv olmaq üçün müraciət edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
11
moderator.az

10Sources