Madaqaskarda tapılan sirli qayaüstü təsvirlərin zərdüştilərlə əlaqəsi ola bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Arkeonews” xəbər verir.
Qeyd edək ki, Madaqaskar adasının cənubunda qayaya oyulmuş otaqlar tapılmışdır ki, onların içərisində terraslar, qabıqlar, divarlar və digər daş konstruksiyalar var.
Onlar eramızdan əvvəl birinci minilliyin sonu və ya II minilliyin əvvəllərində tikilmişdir.
Belə strukturlara əvvəllər nə adada, nə də Afrikanın şərq sahillərində rast gəlinməmişdi.
Maraqlıdır ki, oxşar tikililərə Madaqaskardan minlərlə kilometr aralıda, müasir İran ərazisində də rast gəlmək olar. Onlar orada ən qədim dinlərdən birinin nümayəndələri olan zərdüştilər tərəfindən yaradılmışdır.
Bunu əminliklə söyləmək mümkün olmasa da, elm adamlarının kəşfi Madaqaskarın Hind okeanı ticarət şəbəkələrinin bir hissəsi olduğu anlamına gələ bilər.
Ola bilsin ki, tikililər zərdüşti mənşəli köçkünlər tərəfindən yaradılıb.
Amma bunu təsdiqləmək üçün daha çox araşdırma tələb olunacaq.
Əli Babayev