EN

Neslihan Atagül ilk dəfə körpəsinin cinsiyyətini açıqladı

Dörd aylıq hamilə olan məşhur türkiyəli aktrisa Neslihan Atagül İtaliyada qatıldığı proqramda körpəsinin cinsiyyətini açıqlayıb.

seher.media bu barədə Haber Global-a istinadən xəbər verir.

Məşhur aktrisa həmkarı Kadir Doğulu ilə "Fatih Harbiye"nin çəkiliş meydançasında tanış olub və onların dostluğu zamanla sevgiyə çevrilib.

2016-cı ildən xoşbəxt ailə quran məşhur cütlükdən son aylarda şad xəbər gəlib.

Atagül "Bu xoşbəxtliyi bir müddət daha gizli saxlamaq istərdik. Açığı, bu bizim haqqımızdır... Bir sözlə, xoşbəxtik, razıyıq və yaxşıyıq" sözləri ilə körpə gözlədiyini açıqlayıb.

İlk körpəsini dünyaya gətirmək üçün günləri sayan Neslihan İtaliyada "Verissimo" adlı proqrama qonaq olub. Aktrisa verilişdə ilk dəfə körpəsinin cinsiyyətini açıqlayıb. Kadir Doğulu və Neslihan Atagül oğlan uşağı gözləyirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
4
seher.media

5Sources