ABŞ gələn il şiddətli siyasi təlatüm yaşayacaq ölklər arasında ikinci yerdədir.
Bu barədə Bloomberg xəbər verir.
Gələn il ABŞ-da açıq vətəndaş iğtişaşlarının baş vermə ehtimalı aşağıdır. Bununla belə ABŞ-da risk Kanada, Almaniya və Avstraliya kimi ölkələrin riskindən iki dəfə çoxdur.
Təhlil zorakı daxili münaqişə riskini qiymətləndirmək üçün ABŞ hökumətinin Siyasi Qeyri-sabitlik üzrə İşçi Qrupu tərəfindən hazırlanmış yanaşmanı uyğunlaşdırır. O, 6 yanvar 2021-ci ildə Kapitola hücumundan sonrakı illərdə iğtişaş qorxusunu artıran bir sıra tendensiyaları müəyyən etməyə çalışır.
Təhlil göstərir ki, ABŞ-da demokratik institutların dağılması və fraksiyaların narazılıqlarının artması daxili silahlı münaqişə riskini xeyli artırıb.
Oxuməni.az