EN

Naxçıvanda 7 minə yaxın daşınmaz əmlaka çıxarış verilib

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində 6988 mülkiyyət hüququ qeydiyyata alaraq çıxarışla təmin edib.

İqtisadiyyat.az xəbər verir ki, cari ilin ilk 8 ayı ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 2473-ü fərdi yaşayış evi, 2-si bağ evi, 1098-i mənzil, 2997-i torpaq sahəsi, 99-i qeyri-yaşayış binası, 296-i qeyri-yaşayış sahəsi, 22-i əmlak kompleksi, 1-i çoxmərtəbəli yaşayış binasıdır.

Chosen
10
5
iqtisadiyyat.az

6Sources