EN

Ətin qiymətinin qalxmasına səbəb nədir? - Ekspert iqtisadçıları TƏNDİQ ETDİ

Son günlərdə Azərbaycanda ətin qiyməti bahalaşıb. 

Daha dəqiq desək, mal və quzu ətinin qiymətlərində artım müşahidə olunur. Mal ətinin qiymətində 4-5 manat, qoyun ətinin qiymətində isə 5-6 manat bahalaşma olub. 

Bəs buna səbəb nədir? 

Mövzu ilə bağlı iqtisadçı ekspert Elçin Rəşidov Hit.az-a açıqlama verib. O, ölkəmizdə ətin qiymətinin bahalaşmasının dünya bazarlarındakı artımla bağlı olduğunu deyib:

358120

"Mən hansısa məhsulun qiymətinin bahalaşması ilə bağlı suallara 20 ildir ki, eyni cavabı verirəm. Təəssüf edirəm ki, bəzi iqtisadçılar hamının fikrini qarışdırırlar. Nəticədə, qarışıq fikirlər ortaya çıxır. Halbuki, bütün məhsulların qiymətinin bahalaşması dünya bazarındakı artımla bağlıdır. İndi də dünya bazarında ətin qiymətinin bahalaşması ölkəmizə təsir edir.

Yəni dünya bazarında ətin qiyməti qalxanda ölkəmizdə də bahalaşır, dünya bazarında ətin qiyməti ucuzlaşanda bizdə də ucuzlaşır. Hərçənd ki, bəzi iqtisadçıların yem qiymətlərinin artması, mal-qara arasında xəstəlik yayılması, otlaq sahələrinin az olması kimi alternativ fikirləri olur. Lakin bunların hamısı yanlışdır. Azərbaycanda həm yerli, həm də idxal olunan ətin qiyməti sırf dünya bazarındakı qiymətlərə bağlıdır. Üstəlik, bizim bazarların dünya bazarlarından asılı olduğunu unutmamalıyıq".

Pərviz

Chosen
13
hit.az

1Sources