2024-cü ilin yanvar-avqust aylarında Azərbaycana 128 milyon 362 min dollar dəyərində 579 927 ton buğda idxal edilib.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2023-cü ilin eyni aylarında Azərbaycana 183 milyon 581 min dollar dəyərində 668 319 ton buğda idxal edilmişdi.
Beləliklə, ötən il müqayisədə Azərbaycana buğda idxalı miqdar ifadəsilə 13%, dəyər ifadəsilə 30% azalıb.
1 ton buğdanın orta hesabla idxal dəyəri 275 dollardan 221 dollara düşüb (54 dollar və ya 20% azalıb).