PSJ Fransa Liqa 1-nin IV turunda “Brest” üzərində 3:1 hesablı qələbə qazanıb. Matc.az xəbər verir ki, Parisdə baş tutan görüşdə meydan sahibləri qapıçı Canluici Donnarummanı itirib. İtaliya millisinin qolkiperi oyunun gedişində sağ budunda əzələ diskomfortu hiss edib. Buna baxmayaraq, 25 yaşlı qapıçı mübarizəni sona qədər davam etdirib. Donnarummanın müalicəsinin bu həftə davam edəcəyi güman edilir. O, çox güman ki, Çempionlar Liqasının startını buraxacaq. Qeyd edək ki, PSJ Çempionlar Liqasının ilk turu çərçivəsində sentyabrın 18-də “Jirona”nı qəbul edəcək.