EN

“İstanbul Klinika”sı bu səbəbdən cərimələndi

“İstanbul Klinika”sında aparılan yoxlama zamanı müəyyən nöqsanlar aşkar edilib.

Tribunainfo.az xəbər verir ki, klinikanın İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsini pozduğu məlum olub. Belə ki, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Klinika ilə bağlı başladılmış iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.26 sentyabr tarixində hakim Elçin Ağayevin sədrliyi ilə işə baxılacaq.

Nigar

Chosen
79
5
tribunainfo.az

8Sources