EN

Bu ölkələr vahid pasport sisteminə keçir



Qərbi Afrika ölkələri vahid pasport sisteminə keçməyi qərarlaşdırıb.

Newscenter.az Röyters-əistinadən bildirir ki, bu ölkələr Mali, Niger və Burkina Fasodur. Sözügedən ölkələrin birləşdiyi Sahel Dövlətləri Alyansı (AES) belə bir qərar verib.

Alyans quruma üzv ölkələr arasında əməkdaşlıq və təhlükəsizliyi artırmaq üçün ortaq pasport sistemi tətbiq edəcəyini açıqlayıb.

AES-in prezidenti və Malidəki keçid hökumətinin lideri Assimi Goita, "Üç ölkə arasında əməkdaşlıq terrorçu qrupları əhəmiyyətli dərəcədə zəiflətməklə yanaşı, həm də regionda təhlükəsizliyin artırılmasına töhfə verib", -deyə bildirib.

Qeyd edək ki, Mali, Niger və Burkina Faso keçən il Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) çıxmaq qərarına gəlib və Sahel Dövlətləri Alyansını (AES) təsis ediblər.

Anar Əliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
newscenter.az

1Sources