EN

Qəzzada İsrailin bombardmanı zamanı iki nəfər həlak olub

İsrailin Qəzza zolağının şimalına endirdiyi hava zərbəsi nəticəsində azı iki nəfər həlak olub. Bu barədə Fələstinin WAFA agentliyi məlumat yayıb.

Məlumata görə, İsrail silahlı qüvvələri Fələstin anklavının şimalında yerləşən Beyt Lahiya şəhərinə hava zərbələri endirib, nəticədə azı 2 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Agentlik həmçinin İsrail ordusunun (IDF) Qəzza zolağının şimalında yerləşən Beyt Hanun şəhərində Raazi əl-Şua məktəbinə hücumu barədə məlumat yayıb. WAFA məlumatına görə, hücum zamanı məktəbdə qaçqınlar olub.

Bundan əvvəl İsrail ordusu Fələstin radikal HƏMAS hərəkatının silahlı qanadının Raazi əş-Şua məktəbinin ərazisində yerləşən qərargahına zərbə endirdiyini elan edib. İsrail ordusunun sözlərinə görə, obyekt "son həftələrdə İDF qoşunlarına və İsrail Dövlətinə qarşı raket hücumlarının planlaşdırılması və həyata keçirilməsi üçün əməliyyat sığınacağı və yeri" kimi istifadə edilib.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
oxumeni.az

1Sources