Səudiyyə Ərəbistanının kredit reytinqi sabitdən müsbətə yüksəldilib və bu gün “S&P Global Ratings” tərəfindən suveren kredit reytinqləri A/A-1 səviyyəsində təsdiqlənib.
Banker.az xəbər verir ki, “S&P” qeyd edib ki, bu proqnoz ölkənin neft sektorundan kənarda iqtisadiyyatını şaxələndirmək və dövlət maliyyəsini dayanıqlı saxlamaq məqsədilə həyata keçirdiyi islahatlar və investisiyalardan əldə edəcəyi potensial faydaları əks etdirir.
“S&P”nin məlumatına görə, Səudiyyə Ərəbistanının “Vision 2030” proqramı yeni sənayeləri inkişaf etdirmək və iqtisadiyyatı karbohidrogen sektorundan asılı olmayaraq şaxələndirmək üçün investisiyaları sürətləndirir.
Daha uzun müddət ərzində krallıq daha çox şaxələndirilmiş iqtisadiyyata sahib olacaq və gənclər üçün əlavə iş yerləri yaradılacaq ki, bu da işçi qüvvəsinin daha yüksək səviyyədə iştirakına səbəb olacaq, deyə, agentliyin qeydində bildirilib..