EN

Olaf Şolz Astanaya rəsmi səfərə gəlib



Almaniyanın kansleri Olaf Şolz Qazaxıstana rəsmi səfərə gəlib.


Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, səfər çərçivəsində alman kansler yüksək səviyyəli danışıqlar aparacaq.

Olaf Şolzu paytaxt Astanada Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.

Ənənəyə uyğun olaraq, iki ölkənin hökumət üzvləri görüşüblər. Mərasimin rəsmi hissəsi başlayandan sonra Kasım-Jomart Tokayev və Olaf Şolz nümayəndə heyətinin üzvlərini bir-birinə təqdim ediblər.

Danışıqlar zamanı Berlin ilə Astana arasında münasibətlərin müxtəlif sahələrdə inkişafı perspektivləri müzakirə edilib.

Anar Əliyev
Chosen
7
newscenter.az

1Sources