EN

Əməkdar artist: "O yaşadıqlarım ağılsızlıq idi"

"Sevə də, aşiq ola da bilərəm. Əvvəlcə ağlımla... Ağlım izin verərsə sonra qəlbimlə sevərəm. Çünki qəlbim hər zaman yalnış insanları seçib ki, o insanlarda da vicdan deyilən bir şey olmayıb. Onun üçün ağıl sonra ürək. Heç kim heç kimin həyatına məcbur gəlmir. Sənin iznin olmadan həm də müəyyən yaşdan sonra... Həyat təcrübəsi olan insansansa və olardan sonra əgər sənin başına nələrsə gəlirsə birmənalı olaraq günahkarı sən özünsən. Günahı kimsə də axtarmıram. Səhvim də, düzüm də mənimdir. Heç nədən peşman deyiləm. O yaşadıqlarım ağılsızlıq anları idi. Qəlbimi dinləyərək də o anları yaşamışamsa da, nə qədər acı olursa da olsun mənim üçün o anlar xoşdur".

Milli.Az olay-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova qonaq olduğu "Rəngarəng" verilişində deyib.

Sənətçi ailə həyatında yaşadığı acı dolu anları bu sözlərlə ifadə edib:

"Şeytan üçün asandır sevən insanı yoldan çıxartmaq. Qəlbi və ruhu zəif insanları şeytanlar tez yoldan çıxarır. Allah onları bağışlasın. Məni günahı heç kimdə axtarmıram. Günah mənim özümdədir. Mən bağışlamıram, Allah bağışlasın. Mən Allah deyiləm ki, bağışlayım. Hər zaman dua edirəm ki, məni bağışla çünki sən icazə vermədin, qarşıma o qədər sübutlar çıxartdın. Mən amma dedim ki, yox bu budur... Yenə də bu günlərə şükür olsun ki, Allah qoymur ki, pis həyatımda uzun müddət qalsın".

Nigar bildirib ki, yenidən gəlinlik geyinməcək:

"Mən yenidən gəlinlik geyinmərəm. Bu mümkün deyil. Bəlkə də nə zamansa ailə qura bilərəm. Amma belə bir missal var - "Heç vaxt heç vaxt demə". Olmaya da bilər amma gəlinlik geyinmək mümkün deyil. Misal üçün o bəy ki, hansı ki, mənimlə evlənmək istəyəcəksə getsin kişi toyu etsin. Hər kəsin öz tayı var. O analar ki, oğlunun yanında gəlinlik libasında xanım görmək istəyirsə... O qədər subay xanımlar var ki... Sevən insan müəyyən şeylərə qatlanmalıdır. Mən gəlinlik geyinmişəm. Gəlinlik bir dəfə geyinmişəm bəsdir. Allah o gəlinliyi qızım Nəfsəyə gismət eləsin".

Qardaşının qızını körpə yaşlarından övladlığa götürən Şabanova yenidən ailə qurmaq haqqında düşünmədiyini dilə gətirib: 

"Mən beş yaşında qızım Nəfsəni böyüdürəm. Bundan sonra ailə qurmaq haqqında o dəricə də və dərinlikdə düşünmürəm. Yenə deyirəm "Heç vaxt heç vaxt deməyək". Qızım Nəfsə mənim üçün hər şeydir. Nəfsə böyük qızdır. Onun yad kişinin yanında işi yoxdur".

Qeyd edək ki, Nigar Şabanova iki dəfə ailə həyatı qurub. Onun ilk evliliyi 16 yaşında olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
129
12
milli.az

10Sources