EN

Gənc sairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Bu günlərdə Qanun Nəşriyyatı tərəfindən olduqca maraqlı bir kitab işıq üzü görüb. "Qırmızıdan bənövşəyiyə" adlanan bu kitabın müəllifi gənc yazar Zərintac Rəncbərlidir.

Kitabda öz saf, pak və ülvi hisslərini özünəməxsus tərzdə ifadə edən müəllifin şer və esseləri toplanıb. Bu əslən Güney Azərbaycandan - Təbrizdən olan müəllifin ilk kitabıdır.

Zərintac Rəncbərli Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişdir. İxtisasca mühəndis olsa da, onun həmişə ədəbiyyata, poeziyaya xüsusi marağı olmuş, hələ uşaq yaşlarından başlayaraq şer və esselər yazıb. 2017-ci ildə Mahmud Kaşğari fondunun “San yarlığı” mükafatına layiq görülüb. Yeri gəlmişkən, Zərintac Rəncbərli bu mükafata layiq görülmüş ən gənc şair olub.

  •  
Chosen
19
4
hit.az

5Sources