EN

İstehlakçı müraciətlərinin sahələr üzrə bölgüsü açıqlanıb

İstehlakçıların öz hüquqları barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər nəticəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan istehlakçı müraciətlərinin sayının artması müşahidə olunur.

Bu barədə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli sosial şəbəkə hesabında yazıb.

Xidmət rəisi bildirib ki, cari ilin ilk 7 ayı ərzində Dövlət Xidmətində istehlakçı hüquqlarının müdafiəsi, istehlak bazarına nəzarət və təbii inhisarların fəaliyyəti ilə əlaqədar baxılan 4550 istehlakçı müraciətinin 53,2 faizi qeyri-qida, 5 faizi qida, 39,6 faizi xidmət, 1,9 faizi dərman vasitələri və tibbi avadanlıqlar, 0,3 faizi digər müraciətlərlə bağlı olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
vergiler.az

1Sources