EN

Bu il xurma ixracı Azərbaycana 27,8 milyon dollar - GƏLİR GƏTİRİB

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycandan 27 milyon 783 min ABŞ dolları dəyərində 35 min 365 ton xurma ixrac edilib.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Məlumata əsasən xurma ixracı bu ilin iki ayında ötən illə müqayisədə dəyər ifadəsilə 13 milyon 32 min manat və ya 88,4%, miqdar ifadəsilə15 min 104 ton və ya 74,5% artıb.

Azərbaycandan 2023-cü ilin eyni aylarında 14 milyon 750 min dollar dəyərində 20 min 261 ton xurma ixrac edilmişdi.

Hesabat dövrünün nəticələrinə görə 1 kq xurmanın ixracı 1 manat 34 qəpik, ötən ilin müvafiq dövründə 1 manat 24 qəpik təşkil edib. Bu da orta ixrac qiymətinin 9 qəpik və ya 7,9% artması deməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
fed.az

1Sources