EN

Vüqar Gülməmmədov: "Gələn ildən auditlərin açıqlanma nisbəti 70 % olacaq”

Azərbaycanda gələn ildən auditlərin açıqlanma nisbəti 70 % olacaq.

"Far.Az" xəbər verir ki, bunu Palatanın sədri Vüqar Gülməmmədov Bakıda keçirilən, "Auditor xidməti haqqında" qanunun 30 illiyinə həsr olunmuş "Yaşıl iqtisadiyyat zəminində hesabatlılıq və şəffaflıq" mövzusunda beynəlxalq konfransda bildirib.

“2021-ci ildə audit portfelinin 54 %-i açıqlanarkən, bu göstərici 2022-ci ildə 60 %-ə, 2023-cü ildə isə 64 %-ə yüksəlib. 2025-ci il üzrə isə açıqlanma nisbətinin 70 %-ə çatdırılması hədəflənir. Həm beynəlxalq standartlara, həm də milli qanunvericiliyə uyğun olaraq, bütün audit nəticələri Parlamentə təqdim edilir”, - deyə o qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
1
far.az

2Sources