EN

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 2 dəfədən çox azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 995 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 12,7 % azdır.

Xarici ticarət dövriyyəsinin 18 milyard 232 milyon ABŞ dolları ixracın, 12 milyard 764 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25,1 % azalıb, idxal isə 14,5 % artıb.

Son nəticədə xarici ticarətdə 5 milyard 468 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,4 dəfə azdır.

Chosen
5
3
sam.az

5Sources