Goranboyda ilk dərs günü baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, 11-ci sinif şagirdi məktəbi bitirən gəncə bıçaqla xəsarət yetirib.
Sözügedən hadisəyə səbəb bıçaqlanan şəxsin 11-ci sinif şagirdini söyməsi olub.
2007-ci il təvəllüdlü Ramal Musayev bıçaqla Arif Həsənəliyevin ayaq nahiyəsinə kəsik xəsarətləri yetirib.
***
Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Səfikürd kənd tam orta məktəbində qeydə alınıb. Məktəbin 11-ci sinif şagirdi Ramal Röyal oğlu Musayev sinif yoldaşı Arif Elsevər oğlu Həsənəliyevə bıçaqla xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.